WEBAspindza (Aspinza) - Aspinza rayonunun mərkəzidir. Kür çayı qırağında, Axısqa dəmir yolu stansiyasından 34 km cənub-şərqdə, Axısqa-Leninakan şose yolu üstündədir. Ərazisi 796 km², əhalisi 2793 (2014) nəfərdir. 2 taxta-şalban zavodu, limonat zavodu, qənnadi fabriki, xəstaxana, muzey və s. vardır.